Vakansiyalar

Tuesday, April 13, 2010

Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutunun (dvv international) Azərbaycan Respublikasındakı nümayəndəliyi Avropa Birliyi tərəfindən maliyyələşən \"Qeyri-Hökumət və Yerli Özünüidarəetmə Qurumları İnkişafda\" proqramı çərçivəsində \"Yaşlıların Təhsili Mərkəzləri Yoxsulluğun Azaldılması, Təhsil və Sosial Həmrəylik üçün İmkan kimi\" (COPE) layihəsinə Masallı təhsil mərkəzi üçün iş yerləri elan edir. 30 ay müddətini əhatə edəcək layihə Azərbaycanın cənub rayonlarında (Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Lerik və Asrtara ) həyata keçirilir.
Biz aşağıdakı vəzifələri icra etmək üçün namizədlər axtarırıq.
Menecer
- təhsil mərkəzinin ümumi idarəetməsini həyata keçirmək;
- təlimlərin cədvələ uyğun keçirilməsinə nəzarət etmək;
- mərkəzin binası, avadanlığı və digər əmlakının təhlükəsiz istismarına nəzarət etmək;
- digər inzibati tapşırıqlar.
Layihə assistenti
- təlimlərin hazırlanması və keçirilməsinə lazımi köməkliyi göstərmək;
- keçiriləcək görüşlərin razılaşdırılması və onların vaxtında baş tutmasına nəzarət etmək;
- mərkəzin ümumi inzibati işlərini yerinə yetirmək.
Mühafizəçi
- təhsil mərkəzinin təhlükəsizliyini və onun əmlakının mühafizəsini təmin etmək.
Xadiməçi
- mərkəzin təmizlik işlərini yerinə yetirmək.
Maraqlanan şəxslər 14 may 2010-cu il tarixindən gec olmayaraq bizimlə əlaqə saxlaya bilər. Telefon: (+994 12) 440 63 97
Elektron ünvan: info@dvv-international.az Yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaq.